Dekabrın 10-11-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər 2 saylı tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan cüdo üzrə rayon birinciliyi keçirilib. 10 çəki dərəcəsində 60 nəfər kiçik yaşlı uşaqlar və yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda cüdo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Yarışda qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medalla mükafatlandırılıblar.