Zəka sahibləri qüvvələrini sınayacaqlar

Zəka sahibləri qüvvələrini sınayacaqlar


"Təhsil” İdman Mərkəzinin nəzdində fəaliyyət göstərən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (RİOEUG) Şahmat Məktəbi şahmat idman növünün ölkəmizdə təbliği və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin yüksəldilməsi məqsədilə mütəmadi tədbirlər və yarışlar həyata keçirir. Adıçəkilən məktəbin təşkilatçılığı ilə dekabrın 22-28- də "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş təsnifat turniri keçiriləcək. Turnirdə respublika, şəhər və rayon şahmat məktəbinin yetirmələri iştirak edəcəklər. İsveçrə sistemi və 3 (A, B, C) qrupda üzrə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Hər qrup üzrə I, II, III yerləri yutan şahmatçılar diplom, kubok və medalla təltif ediləcəklər.