Birləşmiş Ərəb Əmirliklərinin Əl-Eyn şəhərində keçirilən beynəlxalq şahmat turniri davam edir. 28 ölkədən 151 (62 beynəlxalq qrossmeyster) şahmatçının iştirak etdiyi beynəlxalq turnirdə ölkəmiz güclü şahmatçılarla təmsil olunur. 4 turdan sonra təmsilçilərimizdən ən yaxşı nəticəni Ülvi Bacarani, Nicat Abasov və Zaur Məmmədov göstəriblər. Belə ki, hər üç şahmatçı aktivinə 3 xal yazaraq, liderlərdən yarım xal geri qalır. Gülnar Məmmədova, Rauf Məmmədov, Xəyalə Abdulla və Pərviz Qasımov 2,5 xal toplayıblar. Aydan Höccətova, Vüqar Əsədli, Şahin Hüseynov, Nərmin Xələfova, Nərmin Söyünlü, Zirvə Səfərov, Rüstəm Bünyadov və Əhməd Əhmədzadə aktivlərinə 2 xal yazıblar. Nərmin Məmmədova, Orxan Abdulov, Elnur Əliyev və Hacıəli Əhədzadənin isə 1.5 xalı var.
Xatırladaq ki, turnir 9 turdan ibarətdir və dekabrın 27-dək davam edəcək.