ABŞ-ın bir neçə şəhəri 2024-cü ildə keçiriləcək Olimpiya oyunlarına öz namizədliyini irəli sürməyə hazırlaşır. Əvvəlcə ölkənin namizəd şəhərləri arasında daxili konkurs keçiriləcək. Qeyd edək ki, Boston, Vaşinqton, San-Fransisko və Los-Anceles namizəd şəhərlərdir. Onlardan hansının ev sahibi olacağı gələn ilin əvvəllərində dəqiqləşəcək. Bundan sonra həmin şəhərin sifariş ərizəsi Beynəlxalq Olimpiya Komitəsinə (BOK) göndəriləçək. Məlumat üçün bildirək ki, ABŞ-la yanaşı, Meksika və İtaliya da Olimpiada-2024-ə ev sahibliyi etmək iddiasındadır. Meksika hökuməti San-Dieqo və Tixuana şəhərlərinin sifariş ərizələrini BOK-a təqdim etməyi planlaşdırır.
İtaliyanın Baş naziri Matteo Rençi də ölkəsinin namizədliyini irəli sürəcəklərini bildirib. O, paytaxt Romanın Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşdığını deyib.