Kubok yarışlarında layiqli nəticə

Kubok yarışlarında layiqli nəticə

Ukraynanın paytaxtı Kiyev şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku keçirilib. Yarışda 23 ölkədən 569 idmançı qüvvəsini sınayıb. Qitə kubokunda Azərbaycan idmançıları da çıxış ediblər. Təmsilçilərimizdən İlkin Babazadə (55 kq) qızıl, Rauf Xəlilov (60 kq) gümüş, Natiq Qurbanlı (50 kq), Rüfət Tağızadə (55 kq) və Fəridə Həsənxanova (57 kq) bürünc medal qazanıblar.