Şahmat üzrə ölkə çempionatı başlayıb

Şahmat üzrə ölkə çempionatı başlayıb


Yanvarın 6-da şahmat üzrə kişilər arasında Azərbaycan çempionatına start verilib.
Yarışda 22 zəka sahibi çempion adı uğrunda mübarizə aparır. Çempionatda I-III yerləri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar. Eyni zamanda, 1-2-ci yeri tutan şahmatçılar bu il keçiriləcək Dünya Kubokuna, 1-3-cü yerdə qərarlaşacaq idmançılar isə cari ildə təşkil olunacaq şəxsi Avropa çempionatına vəsiqə qazanacaqlar.
İsveçrə sistemi üzrə 9 turdan ibarət keçiriləcək yarış yanvarın 16-da başa çatacaq.
Çempionatın ümumi mükafat fondu 5 min manat təşkil edir.