Respublika Şahmat Mərkəzində keçirilən Azərbaycan komanda çempionatına yekun vurulub. Çempionatda 6 komanda - "Qafqaz Universiteti”, "Gənclik İdman Klubu”, "Nəsimi şahmat məktəbi ”, "Səbail şahmat məktəbi”, "Respublika Şahmat Mərkəzi” və "Veteran” komandaları mübarizə aparırdı. Hər komandanın tərkibi 8 şahmatçıdan ibarət idi.
Yekunda, ümumi hesabında 19.5 xalı olan "Nəsimi şahmat məktəbi ” Azərbaycan Çempionu adını qazandı. RŞM komandası 18 xalla çempionatın ikincisi, aktivinə 16.5 xal yazan "Gənclik” komandası isə üçüncü oldu. "Səbail şahmat məktəbi” 15.5 xalla 4-cü, 13.5 xalla "Qafqaz Universiteti” 5-ci və nəhayət "Veteranlar” komandası 7 xalla çempionatın sonuncusu oldu.
Xatırladaq ki, yarış dairəvi sistem ilə keçirilirdi və 5 turdan ibarət idi.