Cüdoçularımızın Türkiyə sınağı uğurlu olub

Cüdoçularımızın Türkiyə sınağı uğurlu olub

Türkiyənin Adana şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. 12 çəki dərəcəsi üzrə keçirilən yarış 8-16 yaş qrupları üzrə təşkil olunub. Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrin iştirak etdiyi yarışda ölkəmizi Bakı şəhər 11 saylı Uşaq-Gənclər İdman Məktəbinin yeddi idmançısı təmsil edib.
Cüdoçularımızdan Rəhim Bayramlı (50 kq), Orxan Abdullayev (66 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Əli Bayramlı (66 kq), Orxan Məcidli (55 kq) gümüş medala layiq görülüblər. Çəkisi 38 kq olan idmançıların mübarizəsidə isə Sübhi Süleymanlı bürünc medala sahib çıxıb. Beləliklə təmsilçilərimiz Türkiyə səfərindən 5 (2 qızıl, 2 gümüş, 1 bürünc) medalla qayıdıblar.