Azərbaycan çempionu vaxtından əvvəl müəyyənləşdi

Azərbaycan çempionu vaxtından əvvəl müəyyənləşdi


"Central Park Hotel”də keçirilən kişilər arasında Azərbaycan çempionatında 8-ci turun oyunları başa çatıb. 8-ci turda Rauf Məmmədov Nicat Abasov ilə qarşılaşıb. Görüşdə rəqibini məğlub edən Rauf xallarını 6-ya çatdırıb. Beləliklə, o, turnirin başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Qədir Hüseynov, Eltac Səfərli, Vasif Durarbəyli və Vüqar Rəsulov isə liderdən yarım xal az toplayaraq 2-5-ci yerləri bölüşdürürlər.
Qeyd edək ki, çempionat İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir.