Bu il qadınlar arasında şahmat üzrə Avropa çempionatı Gürcüstanda keçiriləcək.
Çempionatın keçiriləcəyi şəhərin adı bir qədər sonra açıqlanacaq. Bu gün isə onun keçiriləcəyi vaxt məlum olub: mayın 18-dən 31-ə qədər. Mükafat fondu 60 min avro olan çempionata Azərbaycan şahmatçıları da qatılacaqlar.