Veyk-an-Zeedə şahmat festivalı gələn il də təşkil olunacaq

Veyk-an-Zeedə şahmat festivalı gələn il də təşkil olunacaq


2016-cı ildə Veyk-an-Zeedə 78-ci şahmat festivalının keçirilməsi barədə sponsorlarla razılıq əldə olunub.
Tədbirin direktoru Yerun van den Berq bu məlumatı təsdiq edib.
Bəzən "şahmat Uimbldonu” adlandırılan bu məşhur festival uzun illərdir ki, yanvar ayının ikinci cümə günü başlayır. Lakin van den Berqin sözlərinə görə, gələn il bu festival bir həftə tez başlanacaq.
77-ci turnir yanvarın 10-da açılıb.
Xatırladaq ki, Veyk-an-Zeedə əvvəlki festivallarda Azərbaycan qrossmeysterləri Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak ediblər.