Şahmat məktəbində bayram yarışı

Şahmat məktəbində bayram yarışı


Martın 15-dən 24-nə qədər 2 N-li UGŞİM-də Novruz bayramına həsr olunmuş şahmat üzrə ənənəvi açıq birincilik keçirilib. Yarışda müxtəlif idman məktəblərinin və cəmiyyətlərin 132 (110 oğlan və 22 qız) şagirdi iştirak edib. İsveçrə sistemi ilə keçirilən 9 turdan ibarət yarışın A qrupunda Nurlan Ədilzadə, Adirac Cəfərli və Emin Ələkbərov fərqlənib. B qrupunda Abel Mayqari, Tural Həmidov və Fatimə Məmmədova ilk üçlükdə qərarlaşıblar. Elnur Şirməmmədov, Eltac Rəcəbov və Saleh Hüseynov isə C qrupunda mükafatalayiq nəticə göstəriblər. D qrupunda Altun Məmmədov birinci yeri tutub. Rəvan Məmmədov ikinci, Əziz İsgəndərli isə üçüncü yerlə kifayətlənib. Ən fəal şahmatçı nominasiyasında Əlimehdi Kərimov, Əminə Sadıqova və Elmira Məmmədova, ən perspektivli şahmatçı kimi isə Nəzrin Quluzadə, Nilufər Şabanlı, Timur Sikaçevski və Aydın Yusifov fərqləniblər.
Yarışın ən gənc şahmatçısı Əli Şabanov, ən istedadlı şahmatçısı isə Nigar Əliyeva və Murad Balıyev seçiliblər. Bundan başqa, açıq birincilikdə iştirak edən 30 nəfər şahmatçı müxtəlif dərəcə normalarını yerinə yetirib.
Qaliblər 2 N-li Uşaq Gənclər Şahmat İdman Məktəbi tərəfindən kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olublar.