Yanvarın 17-18-də Şağan Olimpiya Mərkəzində cüdo üzrə açıq Bakı birinciliyi keçirilib. Turnirdə ümumilikdə 16 komandadan 170 idmançı qüvvəsini sınayıb. Olimpiya sistemi ilə keçirilən birincilikdə Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası da mübarizə aparıb.
FHN-ni təmsil edən Ucal Abdullayev 73 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunub.