Xəbər verildiyi kimi, qadınlar arasında şahmat üzrə növbəti dünya çempionatı Soçidə keçiriləcək. Bu gün Beynəlxalq Şahmat Federasiyası (FİDE) həmin turnirin müddətini rəsmən elan edib. Azərbaycan nümayəndələrinin də iştirak edəcəyi çempionat martın 16-dan aprelin 7-dək keçiriləcək.
FİDE prezidentinin köməkçisi Berik Balqabayev çempionatın mükafat fondunun 540 min ABŞ dollarına bərabər olduğunu elan edib. Rusiya KİV-lərinin verdiyi xəbərə əsasən, bu məbləğin 450 min dolları mükafatlara, qalan 90 min dollar FİDE-nin məcburi tədiyələrinə sərf ediləcək.
Berik Balqabayev daha sonra deyib: "Turnir sponsorların vəsaitləri hesabına təşkil ediləcək. İştirakçılar yaşayış xərclərini özləri ödəyəcəklər”.
İlkin hesablamalara görə, dünya çempionatının ümumi büdcəsi 1 milyon dollara yaxın olacaq.