İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Covanni Malaqo Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla görüşüb. Görüşdə məqsəd 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün paytaxt Romanın namizədliyinin müzakirəsi olub. İtaliyalı dövlət məmuru ölkəsinin bu mübarizədə qalib gələcəyinə nikbinliyini ifadə edib.
"Görüş uğurla keçdi. Biz Olimpiada-2024 uğrunda şansımızı yüksək qiymətləndiririk. İtaliyanın gücü onun çoxəsrlik tarixi ilə ölçülür. Bundan başqa, ölkəmizin atletləri həm də, Olimpiya oyunlarında keçirilən yarışlarda ilk onluqda yer alırlar. Bir sözlə, İtaliyanın idman aləmində yaxşı nüfuzu vardır”, - deyə Covanni Malaqo bildirib.