Şamaxıda Novruz turniri keçirilib

Şamaxıda Novruz turniri keçirilib

Buyaxınlarda Şamaxı rayon Uşaq - Gənclər Şahmat Məktəbində " Novruz turniri " adı altında məktəbli şahmatçılar arasında şəhər birinciliyi keçirilib. Hər il ənənəvi olaraq təşkil edilən turnir böyük maraqla qarşılanıb. Oğlan və qız şahmatçıların iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub. Yarışda 92 şahmatçı 5 yaş qrupunda mübarizə aparıb. 9 turdan 8 xal toplayan Niyaz Məmmədov turnirin qalibi olub.
Qızlar arasında keçirilən yarışda Səriyyə Hüseynova ( 8 yaş), Nəzrin Əhmədova ( 10 yaş ), Hənifə Mahmudova ( 12 yaş), İzzət Ağayeva ( 14 yaş ), İlahə Xudiyeva ( 16 yaş ) bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıblar. Oğlanların mübarizəsində isə Mirəziz Babayev , Mənsur Sərxanov, Cavanşir Məmmədov , Xəlilli Eldəniz çempion adına layiq görülüblər. Çempionlara və II - III yeri tutan şahmatçılara diplomlar və Şamaxı Rayon Təhsil Şöbəsinin mükafatları təqdim olunub.
Yarışın nəticələrinə əsasən şahmat məktəblərinin komandalarının zona birinciliyində iştirak edəcək oğlan və qızlardan ibarət rayon komandalarının üzvləri müəyyənləşdirilib. Turnir təsnifat xarakterli olduğundan şahmatçılara müvafiq idman dərəcələri də verilib.