Luiş Fiqu FİFA prezidenti olmaq istəyir

Luiş Fiqu FİFA prezidenti olmaq istəyir


Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiqu FİFA prezidentliyinə namizədliyini irəli sürəcək.
Bu barədə Fiqu xarici mətbuata açıqlamasında deyib.
Onunla yanaşı, Yozef Blatter, İordaniya kralı Əli Bin Əl-Hüseyn, Fransa millisinin sabiq futbolçusu David Jinola, FİFA-nın keçmiş baş katibi Jerom Şampan və hollandiyalı Mihael Van Praaq da FİFA prezidenti olmaq uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, FİFA prezidentliyinə növbəti seçkilər bu ilin may ayında keçiriləcək.
Xatırladaq ki, futbolçu karyerasında "Barselona", "Real" (Madrid) və "İnter" kimi klublarda oynayan Fiqu 2000-ci ildə "Qızıl top" mükafatını qazanıb.