Fevralın 2-9-da Almaniyanın Baden-Baden şəhərində şahmat üzrə "GRENKE Chess Classic” turniri keçiriləcək. Səkkiz iştrakçının mübarizə aparacağı turnir dairəvi sistem üzrə təşkil olunacaq. Qalib adı uğrunda mübarizədə Maqnus Karlsen (Norvec), Fabiano Karuana (İtaliya), Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan), Maykl Adams (İngiltərə), Etyen Bakro (Fransa), Arkadiy Naydiç (Almaniya) və David Baramizde (Almaniya) bacarıqlarının nümayiş etdirəcəklər.
Yarışın reqlamentinə əsasən, əlavə göstəricilərə görə, qalibin müəyyən olunmasında qələbələrin sayı, qara fiqurlarla qazanılan qələbələrin sayı və şəxsi görüşlər nəzərə alınacaq. Turnirin qızıl mükafatçısını müəyyən etmək üçün isə tay-breyk üsulu ilə oyun keçiriləcək.