Azərbaycan yığması dünya çempionatından imtina etdi

Azərbaycan yığması dünya çempionatından imtina etdi

Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığması Ermənistanın Tsaxkadzor şəhərində keçiriləcək Dünya çempionatında iştirakdan imtina edib.
Çempionatda 10 güclü komanda iştirak edir. Azərbaycan şahmatçıları 2013-cü ilin Avropa çempionatında qazandıqları qələbə sayəsində iştirak hüququ qazanıblar.
Daha əvvəl Azərbaycan yığması dörd dəfə dünya komanda çempionatında iştirak edib.
Turnir aprelin 18-dən 29-dək davam edəcək.