Moskvada keçirilən ənənəvi "Moskva Open 2015” beynəlxalq şahmat festivalında altıncı turun oyunları yekunlaşıb. "A” qrupunda mübarizə aparan Rauf Məmmədov altıncı turda yerli Ernesto İnarkiev ilə heç-heçə edib. R.Məmmədov 5 xalla 3-8-ci yerləri bölüşür.
Ülvi Sadıqov və Ülvi Bacarani 3, Niyazi Nağdıyev və Rasim Əliyev 2,5 xal, Rəvan Əliyev isə 2 xal toplayıblar. Qadınların mübarizəsində isə Səbinə İbrahimova Polina Şuvalova, Aydan Höcətova isə Yevgeniya Ovod üzərində qələbə qazanıblar. Şahmatçılarımız 5 xalla liderlər sırasındadırlar.
Tələbələrin turnirində mübarizə aparan Günay Məmmədzadə isə aktivinə 3 xal yazaraq altıncı pillədə qərarlaşıb. Uşaqların yarışında isə Altay Eynullayev və Aydın Süleymanlı 3,5, Aslan Sadiqli və Məhəmməd Muradlı isə 3 xal toplayıblar.
Şahmat festivalı fevralın 8-də başa çatacaq.