Fevralın 24-də İsraildə kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürəcək. Turnirdə 118-i qrossmeyster olmaqla 250 şahmatçı iştirak edəcək.
Martın 8-dək davam edəcək yarışda Azərbaycan qrossmeysterləri də mübarizə aparacaqlar. Ölkəmizi qitə çempionatında Rauf Məmmədov, Qədir Hüseynov, Namiq Quliyev, Nicat Abbasov və Vüqar Rəsulov təmsil edəcək.