İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq "Xəzər Open” şahmat festivalında 3-cü turun oyunları başa çatıb. 15 ölkədən 321 zəka sahibinin qüvvəsini sınadığı yarışda ölkəmizi müxtəlif qruplarda 60 şahmatçı təmsil edir. Yarış bir neçə - A, B, C və D qrupları üzrə keçirilir. A turnirində mübarizə aparan təmsilçilərimizdən 3 turdan sonra ən yaxşı nəticəni Azər Mirzəyev göstərib. Belə ki, o, aktivinə 2,5 xal yazaraq, 3-cü yerə çıxıb. Bu qrupda mübarizə aparan Misrətdin İsgəndərov da eyni sayda xal toplasa da, əlavə göstəricilərə görə 14-cü pillədə qərarlaşıb. Ramil Əlləcov, Rəşad Zeynallı və Qulam Məmmədov 2 xal, Kənan Qarayev və Nərmin Kazımova 1,5 xal toplayıblar.
B qrupunda Vəli Zeynalzadə, Məhəmməd Muradlı, Murad İbrahimli və Mirmusa Feyziyev 3 oyundan 3 xalla liderlər sırasındadırlar.
C qrupunda Xatun Bağırova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür. Sona Hüseynova isə 2 xalla 14-cü pillənin sahibidir.
Rahim Əliyev, Toğrul Əliyev və Əli Süleymanov hərəyə 3 xalla D qrupunda liderlər sırasındadırlar. Rəfail Manafov və Həsən Əhmədli aktivlərinə 2,5 xal yazaraq liderlərdən yarım xal geri qalırlar. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.