Şəhriyar Məmmədyarov İslandiyaya gedir

Şəhriyar Məmmədyarov İslandiyaya gedir


Tanınmış şahmatçı Şəhriyar Məmmədyarov Novruz bayramı ərəfəsində mart ayında yeni bir yarışa dəvət alıb. Qrossmeysterimiz martın 10-18-də İslandiyada keçiriləcək "Reykyavik Open”də mübarizə aparacaq.
Şəhriyar Məmmədyarov yarışda iştirakını təsdiqləyən 219 zəka sahibi arasında reytinq-favoritdir. Aktivində 2759 xalı olan həmyerlimizin ən yaxın izləyicisi olan David Navara (Çexiya) ondan 24 xal geri qalır. Digər şahmatçıların isə reytinq xalı 2700-dən aşağıdır.