Bugünlərdə Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib.Birincilik gənclər arasında seçim və gələcək yarışlara hazırlıq məqsədi ilə təşkil olunub. Qeyd edək ki, budəfəki yarışda ilk dəfə olaraq 21 yaşlı idmançılar da bacarıqlarını nümayiş etdiribilər. Birincilikdə respublika üzrə 49 klubdan 318 cüdoçu mübarizə aparıb. Onlardan 33-ü qız, 285-i isə oğlan olub.