Qran-pridə 43 ölkədən 380 idmançı gücünü sınayıb

Qran-pridə 43 ölkədən 380 idmançı gücünü sınayıb

Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri yarışları keçirilib. Yarışda 43 ölkədən 380 idmançı bacarığını nümayiş etdirib. Samsun şəhərində 17 tatami ustamız gücünü sınayıb. Turnirin birinci günü yığmamızın üzvü Vüqar Şirinli (60 kq) bürünc medal qazanıb. Yarışın ikinci günü Elmar Qasımov (100 kq) Türkiyə, Ermənistan, Çexiya, Hollandiya və Rusiya cüdoçularını məğlub edərək gümüş medal əldə edib. Yekun nəticəyə görə, komandamız 1 gümüş və 1 bürünc medalla on ikinci yeri tutub.