Cüdo üzrə Azərbaycan milli komandası Tbilisidə beynəlxalq Qran-pri yarışlarında üç medal qazanıb.
Turnirdə cüdoçularımızdan Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq) qızıl, Tərlan Kərimov (66 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan millisi ümumi komanda hesabında üçüncü olub. Turnirin qalibi adını Gürcüstan yığması qazanıb. Monqolustan komandası isə ikinci yeri tutub.