“Novruz turniri” yekunlaşıb

“Novruz turniri” yekunlaşıb

"Kanokan TT” idman klubunda cüdo üzrə "Novruz turniri” yarışı keçirilib. Cüdoçular müxtəlif yaş qruplarında mübarizə aparıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində davam edən turnirdə 10 yaşlı Elxan Bayramov (35 kq) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. O, yüksək texnika nümayiş etdirdiyi üçün diplomla təltif olunub.
Qeyd edək ki, perspektivli cüdoçu "Ruslan” İdman Sağlamlıq Mərkəzinin üzvüdür. Elxan artıq üç ildir ki, cüdo ilə məşğul olur. Bu növün sirlərini ona məşqçi Rəşad Şıxəliyev öyrədir. Bacarıqlı idmançı məşqçisinin bütün tapşırıqlarına əməl edir, öz üzərində səylə çalışır. Elxan Bayramov bir sıra yarışlarda uğur qazanıb. Təsadüfi deyil ki, onun hazırda 15 medalı var. 10 yaşlı idmançı növbəti turnirlərdə də nailiyyətlər qazanmaq əzmindədir. "Artıq 3 ildir ki, cüdo ilə məşğul oluram. Məşqçim Rəşad müəllim hamımıza qayğı göstərir. Onun tövsiyələri və məsləhətləri sayəsində uğur qazanırıq. Bizim üçün hər cür şərait yaradılıb. Arzum budur ki, gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edim”, - deyə o bildirib.