Velosiped idmanı üzrə «Tour de Thailand 2013» turnirinin üçüncü mərhələsi keçirilib. Olimpnews.az saytı xəbər verir ki, mərhələnin qalibi «Sedul Cycling Team» komandasının koreyalı idmançısı Ço Ho Sunq olub. İdmançı bu məsafəni 4 saat 35 dəqiqə 59 saniyəyə qət edib. «Tour de Thailand 2013» turnirinin üçüncü mərhələsi Azərbaycanın «Sinergy Baku Cycling Prooect» komandası üçün uğurlu olub. Komandamızın üzvü Riko Rogers bu mərhələni dördüncü pillədə başa vuraraq hesabında olan xalların sayını 28-ə çatdırıb. Bu nəticə ilə velosipedçimiz xal hesabı ilə rəqiblərini qabaqlayaraq yarışın lideri olub. Komandamızın digər üzvü Elçin Əsədov bu yarışda sprint üzrə birinci olub.