Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2007-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə paytaxt birinciliyinə start verilib. İsveçrə sistemi üzrə keçirilən yarışlarda 62 (32 oğlan, 30 qız) zəka sahibi iştirak edir. Turnir beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilir. Məlumat üçün qeyd edək ki, oğlanlar və qızlar arasında ilk 5 yeri tutan şahmatçılar may ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.