Çexiyanin Teplitse şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. 33 ölkədən 687 (415 oğlan, 272 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Ölkəmizi Avropa kubokunda 21 (19 kişi, 2 qız) cüdoçu təmsil edib.
Yeniyetmə cüdoçularımız Çexiyada 4 medal qazanıblar. İdmançılarımızdan İbrahim Bayramlı (50 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 55 kq) və İsmayıl İbrahimov (60 kq) bürünc medala layiq görülüblər.
Paşa Əliyev (60 kq) və Nahid Amanov (73 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olaraq turniri beşinci pillədə başa vurublar. Komandamızın digər üzvləri Rəşxan Baxışəliyev (50 kq), Məhəmməd Hacıyev (55 kq) və Toğrul Hüseynli (81 kq) 7-ci yerlə kifayətləniblər.
Beləliklə, Çexiyada 4 bürünc medal qazanan yeniyetmə cüdoçularımız komanda hesabında 15-ci yeri tutublar.