Altı cüdoçumuz Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirakını təmin edib

Altı cüdoçumuz Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirakını təmin edib


Beynəlxalq Cüdo Federasiyası Olimpiya oyunlarının reytinq siyahısını açıqlayıb. Tərtib olunan reytinq siyahısına görə, hazırda Azərbaycanın altı cüdoçusu Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirakını təmin edib. Təsnifata Tbilisidə və Samsunda Qran-pri yarışlarında qalib gəlmiş Elmar Qasımov (100 kq) və Rüstəm Orucov (73 kq) başçılıq edirlər.
Olimpiya oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparmağa iki idmançımız namizəddir. Hazırda 425 xalla siyahıda beşinci yerdə qərarlaşan Orxan Səfərovun şansı daha yüksəkdir. Tərlan Kərimovun (15-ci yer, 242 xal) 66 kq çəki dərəcəsində Olimpiya oyunlarında ikinci dəfə iştirak etmək şansı var. Komandamızın digər üzvü Məhəmmədəli Mehdiyev (90 kq) reytinq cədvəlində 20-ci yerdədir. Məlumat üçün bildirək ki, komandamız Olimpiya oyunlarında ilk dəfə superağır çəkidə təmsil oluna bilər. Bu çəki dərəcəsində
Rio-de-Janeyroya 20-ci yerdə olan Uşangi Kokauri gedəcək.