“Böyük dəbilqə” turniri bu gün başlayır

“Böyük dəbilqə” turniri bu gün başlayır

Bu gün "Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə "Böyük dəbilqə” turniri start götürür. Yarışda 50 ölkədən 383 (228 kişi, 155 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.
Ənənəvi olaraq hər il keçirilən "Böyük dəbilqə” turnirində komandamız 35 (23 kişi, 12 qadın) cüdoçu ilə təmsil olunur.
500 reytinq xalı verən turnirə mayın 10-da yekun vurulacaq.