Şahmatçılar xatirə turnirində iştirak ediblər

Şahmatçılar xatirə turnirində iştirak ediblər

Ağdamda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə 16 yaşınadək uşaqlar arasında şahmat turniri keçirilib. Quzanlı Olimpiya İdman Kompleksində keçirilən turnirdə Ağdam rayonu ilə yanaşı, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Goranboy və Zərdab rayonlarından olan zəka sahibləri də iştirak ediblər.
Dairəvi sistem üzrə keçirilən turnirdə şahmatçılar həm komanda, həm də fərdi yarışlarda mübarizə aparıblar.
Qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.