Azərbaycan şahmatçılarına FİDE-nin adları verilib

Azərbaycan şahmatçılarına FİDE-nin adları verilib

Çinin Çendu şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası keçirilib.
İclasda təsnifat komissiyasının şahmatçı və arbitrlər üçün təqdim etdiyi adlar təsdiq olunub. FİDE adlarını alanlar arasında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri də var. Zaur Məmmədova (Bakı) və Urfan Sevdimalıyevə (Naxçıvan) qrossmeyster adı verilib. Asif Yaqubov beynəlxalq usta, Şaiq Quliyev FİDE-nin beynəlxalq hakimi, Cavanşir Bağırov, İdrak Dadaşov və Rauf Hacılı FİDE-nin hakimi adına layiq görülüblər.