Qəbələ şahmatçısı beynəlxalq həlletmə yarışının qalibidir

Qəbələ şahmatçısı beynəlxalq həlletmə yarışının qalibidir


Beynlxalq Şahmat Bəstəçiliyi Federasiyasının rəsmi saytında (www.wfcc.ch) 9-cu beynəlxalq həlletmə yarışının (9th International Solving Contest) final nəticəsi dərc olunub. Yanvarın 27-də dünyanın bir sıra ölkələrində keçirilən bu yarışın nəticələrini və yarışın baş hakimi Axel Steinbrink-dən (Almaniya) aldığımız qısa statistikanı oxuculara təqdim edirik.
27 ölkədə keçirilən 34 turnirdə 340 şahmatçı iki kateqoriyada mübarizə aparıb. 1-ci kateqoriyada 208, 2-cidə isə 132 nəfər həllçi mübarizəyə qoşulub. Turnirdə Rusiyanın Volqoqrad şəhərindən 41 (8+33), Azərbaycandan isə 23 (10+13) nəfər çıxış edib.
1-ci kateqoriyada 208 həllçidən 40 nəfəri (13 qrossmeyster; 10 beynəlxalq usta, 17 FİDE ustası) həlletmə titullarına malik olub. 18 gənc arasında ən kiçik Mixail Nikitenkonun (Belarus) 12, 48 veteran arasında isə ən yaşlı Poul Hedegaard Jensen-in (Danimarka) 85 yaşı var idi. Bu yarışa, həmçinin 9 qadın (1 veteran, 3 gənc) şahmatçı qatılmışdı.
2-ci kateqoriyada 132 həllçi arasında 85 gənc (ən kiçiyi 6 yaşlı Aleksey Braiçuk (Belarus), 16 veteran (ən yaşlısı 85 yaşlı Yves Tallec (Fransa) və 21 qadın (17 gənc, 1 veteran) iştirakçı var idi.
Qaliblər, 1-ci kateqoriya (ümumi): 1.Kacper Piourun (Polşa) 60 xal (234 dəq), 2.Jorma Paavilainen (Finlandiya) 60 xal (239 dəq), 3.Bojan Vuckovic (Serbiya) 59 xal.
Gənclər: 1. Kacper Piourun (POL) 60 xal, 2. Misrətdin İskəndərov (Sumqayıt, Azərbaycan) 46,5 xal, 3. Evgeni Viktorov (Rusiya) 44 xal. Veteranlar: 1. Mordechay Chovnik (İsrail) 42,5 xal, 2. Harri Hurme (Finlandiya) 36 xal, 3. Stanislav Vokal (Slovakiya) 33 xal.
Qadınlar: 1.Anna Bılinkina (Rusiya) 28 xal, 2.Maria Firescu-Nadejde (Rumıniya) 15,5 xal, 3.Ana Kuçava (Gürcüstan) 8,5 xal. 1-ci kateqoriyada ümumi hesabda ölkə şahmatçıları arasında ən yaxşı nəticəni 208 nəfər arasında 12-ci yeri tutan Misrətdin İskəndərov (Sumqayıt) göstərdi. Zaur Məmmədov (Bakı) 38 xalla 35-ci, Araz Alməmmədov (Qəbələ) 37,5 xalla 38-ci oldu.
Qaliblər, 2-ci kateqoriya (ümumi:gənclər): 1. Zvojin Perovic (Serbiya) 40 xal (117 dəq), 2.Marko Lozajic (Serbiya) 40 xal (167 dəq), 3.Jergus Pechac (Slovakiya) 39 xal.
Veteranlar: 1.Yves Tallec (FRA) 30 xal, 2.İsrael Han (İsrail) 29 xal, 3.Beni Priel (İsrail) 27,5 xal.
Qadınlar: 1.Aydan Hüseynzadə (Qəbələ, Azərbaycan) 30,5xal, 2.Reyhan Salimova (Ukrayna) 30 xal, 3.Nino Xomeriki (Gürcüstan) 28 xal.
2-ci kateqoriyada isə, ümumi hesabda ölkə şahmatçıları arasında ən yaxşı nəticəni 132 nəfər arasında 11 yaşlı istedadlı Sumqayıt şahmatçısı Fərid Aslanov əldə edib. O, yarışda 32,5 xalla (163 dəq) 8-ci yeri tutub. Aydan Hüseynzadə (Qəbələ) 30,5 xalla 10-cu, Vüsalə Quliyeva (Şabran) isə 26,5 xalla 23-cü olublar.



954. Fedir Kapustin və Petr Novicki (Ukrayna) 1.Af5! (2.Vd4#). 955. Araz Alməmmədov (Qəbələ) 1.g5! Şd4 2.Fe5+ Şe4 3.Ff6 Şf5 4.Ag3#, 1...Şf5 2.Ff4 Şe4 3.Fe3 Şf5 4.Ag3#. 956. Pavel Arestov (Rusiya) 1.Th1! fxg3 2.Txh3 h4! 3.Txh4 g2 4.Tg4 Fe3+! 5.Şc4! [5.Şxe3? g1V+ 6.Txg1 pat] 5...g1V 6.Txg1 Fxg1 7.Ac5! Fe3 8.a4 Fd2 9.Ad3! Fa5 10.Şb5 Fc3 11.Ab4+ Şb3 12.a5! Fxb4 13.a6 uduş. 957. Martin Minski (Almaniya) 1...c3! 2.dxc3 Fa2 3.c4! Fxc4 4.c8F! [4.c8V? Fd5+ 5.Vb7 Şf4! 6.Vxd5 Txb8+ 7.axb8V / Şxb8 pat] 4...Txc8 5.Şb7 Tc5 6.a8V Fd5+ 7.Şb6! Fxa8 8.Şxc5 uduş. 958. Anatoli Skripnik (Rusiya) və Michal Hlinka (Slovakiya) 1.d8V c2 2.Vd6+! Şg5, g4 3.Tg6+! Şxh5 4.Th6+! Şxh6 5.f7+ Şh7 6.f8V Fxb6+ 7.Vxb6 Vd7+ 8.Şa8! (8.Şb8? c1V zz =) c1V 9.Şb8! zz Vcc6 10.Vb1+ Vg6 11.Vh1+ uduş. 959. Mario Guido Garcia (Argentina) 1.a7! g3+! 2.Şc7 Fxa7 3.Txa7 d3 4.Şd6 d2 5.Tf7+ Şe8 6.Te7+ Şf8 7.Fb3 g2 8.Tf7+ Şg8 9.Ta7+ Şh8 10.Ta1 Fg4 11.Tg1! uduş. 960. Vitaliy Kovalenko (Rusiya) 1.Tf5+ Şd6 2.Td5+ Şc7 3.Td7+ Şb8 4.Txb7+! Txb7 5.Ff4+ Tc7 6.Fa6! Ad6! 7.Fxd6 Fg2 8.Ab3! Fb7 9.Ac5 Fxa6 10.Şb3! Fb7 11.Ad7#. 961. Vitaliy Kovalenko (Rusiya) 1.Ad1! Şxd1 2.Fb3+ Şe1 3.Th1+ Şe2 4.Fd1+ Şe3 5.Th4! f4 6.Th3+ f3+ 7.Şg3 f2 8.Şg4#.
İ. Əliyev (Sumqayıt)
Beynəlxalq hakim