"Olimpiya dünyası” qəzeti 2015-ci il üçün şahmat məsələ və etüdlərinin tərtibi üzrə beynəlxalq yarışlar keçirir. Yarışlar, ənənəvi olaraq, dörd bölmə (ikigedişli, üçgedişli, çoxgedişli, etüdlər) üzrə keçirilir. Xatırladaq ki, şahmat guşəsi həftədə bir dəfə - çərşənbə axşamı və ya cümə günləri işıq üzü görür. Yarışların nəticələri gələn ilin fevral - aprel aylarında açıqlanacaq. Orijinal şahmat bəstələrini guşənin aparıcısı İlham Əliyevin (Sumqayıt) elektron ünvanına göndərmək lazımdır: [email protected]. Şahmat bəstələrinin son göndəriş tarixi: 20.10.2015. 2014-cü il üçün beynəlxalq yarışların hakimlərin aşağıdakılardır: #2 (ikigedişli) - Robert Linkoln (ABŞ), #3 (üçgedişli) - Vasil Krijanivski (Ukrayna), #N (çoxgedişli) - Ferhat Karmil (Türkiyə), += (etüdlər) - Vladislav Tarasyuk (Ukrayna).