Şahmatçımız “Dünyanın gənc ulduzları” beynəlxalq şahmat turnirində yarışır

Şahmatçımız “Dünyanın gənc ulduzları” beynəlxalq şahmat turnirində yarışır


Mayın 19-da Kirişidə (Leninqrad vilayəti, Rusiya) Van Somovanın xatirəsinə həsr olunmuş 20 yaşınadək yeniyetmələr arasında "Dünyanın gənc ulduzları” beynəlxalq şahmat turniri start götürüb. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Almaniya, Gürcüstan, Belarus və İsraili təmsil edən 12 zəka sahibi də iştirak edir. Ölkəmizi bu yarışda Abdulla Qədimbəyli təmsil edir. Turnir dairəvi sistem üzrə 11 turdan ibarət keçirilir və mayın 30-da başa çatacaq.