Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Kirsan İlyumjinov Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq, beynəlxalq qrossmeyster Qədir Hüseynovun indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq Dünya kubokunda iştirakına razılıq verib. Məlumat üçün qeyd edək ki, Qədir Hüseynov Azərbaycan milli komandasının tərkibində 2 dəfə Avropa Çempionu (2009, 2013-cü illər), həmçinin 2 dəfə Avropa Çempionatında 3-2-ci yerləri (2007-2011-ci illərdə) tutub.
Xatırladaq ki, sentyabr ayının 10-dan oktyabrın 6-dək Bakıda şahmat üzrə Dünya kuboku keçiriləcək. Dünya kubokunda 128 zəka sahibi birincilik uğurunda mübarizə aparacaq. Azərbaycanı bu yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Vasif Durarbəyli və Qədir Hüseynov təmsil edəcəklər.