Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə yekun vurulub. 41 ölkədən 469 (259 oğlan, 210 qız) cüdoçunun iştirak etdiyi yarışda komandamız 10 (9 oğlan,
1 qız) idmançı ilə təmsil olunub.
İdmançımız Şəhanə Hacıyeva (40 kq) finalda rumıniyalı Lidiya Mariniyə qalib gələrək Avropa çempionu adını qazanıb. Onun komanda yoldaşı İsmayıl İbrahimov (60 kq) isə bürünc medalla kifayətlənib. O, bürünc medal uğrunda görüşdə digər Azərbaycan təmsilçisi İbrahim Əliyevə qalib gələrək üçüncü yerə layiq görülüb.
90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsoyev həlledici görüşdə gürcüstanlı Zaur Kençadzeyə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.
Beləliklə, 2 qızıl və 1 bürünc medal əldə edən cüdoçularımız ümumi komanda hesabında üçüncü yerə layiq görülüblər.