İyulun 22-də İranın Urmiya şəhərində "Sardaran Open” IV beynəlxalq şahmat festivalı start götürüb. Yarışda azərbaycanlı zəka sahibləri ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Belarus, Norveç, Hindistan, İraq, Rusiya, Ukrayna, ABŞ, Litva və Nigeriya şahmatçıları da mübarizə aparırlar. 16-sı qrossmeyster olmaqla 67 şahmatçının yarışdığı festivalda təmsilçilərimiz "A” turnirində yer alıblar. Yarışlarda ölkəmizi qrossmeysterlər Azər Mirzəyev, Rəsul İbrahimov, Vüqar Rəsulov, beynəlxalq ustalar Ayaz Məmmədov, Loğman Quliyev, Kənan Heydərli, FİDE ustası Asif Həsənov, habelə Kənan Əhədzadə və Aysel Məmmədova təmsil edirlər.
Məlumat üçün qeyd edək ki, festival İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir.