Cüdo Federasiyasında jurnalistlərlə görüş keçirildi

Cüdo Federasiyasında jurnalistlərlə görüş keçirildi


İyulun 23-də Azərbaycan Cüdo Federasiyasında milli mətbuatın yaranmasının 140 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirildi.
Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov mətbuat nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzuladı. O, Azərbaycanda azad mətbuatın inkişafı üçün hər cür şərait yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlər görüldüyünü qeyd etdi. "Xalqın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında "Əkinçi” qəzetinin misilsiz xidmətləri olub. Bu qəzet Azərbaycanın müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində çox önəmli rola malikdir. Sevindiricidir ki, bu tarix hər il ənənəvi şəkildə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən jurnalistlərə xüsusi diqqət ayrılır, onların mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir”, - deyə Elnur Camalxanov əlavə etdi.
Sonra cüdo idman növünün təbliğində xidmətlərinə görə bir qrup media nümayəndəsi fəxri fərmanlarla təltif olundu.