Cüdoçularımız dünya çempionatına Soçidə hazırlaşırlar

Cüdoçularımız dünya çempionatına Soçidə hazırlaşırlar


Cüdo üzrə milli komandamız Rusiyanın Soçi şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edir. Avqustun 1-nə qədər davam edəcək toplanışda yığma komandanın əsas üzvləri yer alıblar.
Baş məşqçi Hacıağa Hacıəhmədovun komandasının çıxış edəcəyi növbəti yarış avqustun 24-30-da Qazaxıstan paytaxtı Astana şəhərində keçiriləcək dünya çempionatıdır. I Avropa Oyunlarında cəmi bir gümüş medal qazanmaqla idman ictimaiyyətinin qınağına çevrilən millimiz planetin ən güclülərinin yarışında bu uğursuzluğu unutdurmağa çalışacaq. Yarışa hazırlıqlarını davam etdirən komandamızın üzvləri taktiki, texniki və fiziki hazırlıqlarını artırmağa çalışacaqlar.
Məlumat üçün qeyd edək ki, cüdoçularımızın Soçidən sonra Qusarda təşkil olunacaq təlim-məşq toplanışında da iştirak edəcəyi gözlənilir.