Murmanskda uğurlu çıxış

Murmanskda uğurlu çıxış

Rusiyanın Murmansk şəhəri Həmkarlar İttifaqlarının Mərkəzi stadionunun İdman sarayında şəhər kuboku uğrunda cüdo üzrə yeniyetmələr arasında "Smena” turniri keçirilib. Ev sahibləri ilə yanaşı, Kirovsk, Polyarnıye Zori, Severomorsk və Apatitı şəhərlərindən, Zaozersk qəsəbəsindən olan uşaq cüdoçular mübarizə aparıblar. Yarışların yekunlarına görə, Murmanskdakı 16 nömrəli idman məktəbinin nümayəndələri daha çox mükafat qazanıblar.

Apatitı şəhərindən olan həmvətənimiz İbrahim İbadov ən yaxşı texnikaya görə və zaozerskli Alina Yemelyanova ən yaxşı taktikaya görə xüsusi mükafatlara layiq görülüblər.
Həmvətənlərimizdən 39 kiloqram çəki dərəcəsində İbrahim İbadov (Apatitı şəhəri) və 42 kiloqram çəki dərəcəsində Elmin Səfiyev də (Murmansk şəhəri) qaliblər arasında yer alıblar.