Türkiyənin Kocaeli şəhərində komandalar arasında "Türkiyə İş Bankası Super Şahmat Ligi-2015” keçirilir. Ölkəmizi bu yarışda "Beşiktaş Gimnastik Klubu”nun tərkibində milli komandamızın üzvləri, beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli təmsil edirlər. Həmyerlilərimiz arasında ən yaxşı nəticəni beynəlxalq qrossmeyster Rauf Məmmədov göstərib. Təmsilçimiz ardıcıl qazandığı qələbələrdən sonra beynəlxalq əmsalını 6 bənd artırararaq "dünyanın 100 ən güclü şahmatçısı” siyahısına qayıdıb. Ümumilikdə komanda hesabında "Beşiktaş Gimnastik Klubu” 6 xalla 1-2-ci yerləri bölüşdürür.