Qadınlar arasında şahmat üzrə dünya çempionatı 2016-cı ilin əvvəlində Ukraynanın Lvov şəhərində keçiriləcək.
UNN agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Viktor Poroşenko bildirib.
"Mariya Muzıçuk ilə razılaşdıq ki, qadınlar arasında şahmat üzrə dünya çempionluğu uğrunda yarış 2016-cı ilin əvvəlində Lvovda keçirilsin", - V.Poroşenko deyib.
Qeyd edək ki, Mariya Muzıçuk bu il keçirilən dünya çempionatının 15-ci qalibi olub.