Beynəlxalq turnirdə bürünc medal

Beynəlxalq turnirdə bürünc medal


Rumuniyada keçirilən Arad Open 2015 beynəlxalq şahmat festivalına yekun vurulub. Festivalda Azərbaycanla yanaşı, Ukrayna, Rumuniya, Avstriya, Almaniya, Macarıstan, Hindstan, Xorvatiya, Rusiya, Serbiya, İsrail, Moldova və Slovakiyadan ümumilikdə 239 şahmatçı mübarizə aparıb. Ölkəmizi bu yarışda beynəlxalq qrossmeyster Ülvi Bacarani təmsil edib. İsveçrə sistemi ilə 9 turdan ibarət olan yarışın sonuncu turunda həmyerlimz Ukrayna təmsilçisi, turnirin lideri Aleksandr Zubovla xalları yarı bölüb. Beləliklə, Ülvi Bacarani 9 turdan aktivinə 7,5 xal yazdırıb. Təmsilçimiz bu nəticə ilə 1-3-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə Ülvi Bacarani bürünc medalın sahibi olub. Festivalın qalibi adını isə ukraynalı Aleksandr Zubov qazanıb.