Avqustun 6-da Rumuniyada start götürən "Arad-open” beynəlxalq şahmat turniri başa çatıb. On altı ölkədən 240-a qədər şahmatçının mübarizə apardığı yarışda Azərbaycanı qrossmeyster Ülvi Bacarani təmsil edib.
Yekun maraqlı nəticə ilə yadda qalıb. Belə ki, Ukraynalı Aleksandr Zubov, rumun Miron-Lusian Kostin və təmsilçimiz Ülvi Bacarani hərəyə 9 mümkün xaldan 7.5 xal toplayıblar. Əlavə göstəricilərə görə baş mükəfatı ukraynalı Aleksandr Zubov qazanıb. Rumuniyalı şahmatçı və həmyerlimiz isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Onu da qeyd edək ki, Ü.Bacarani turnir iştirakçılarının siyahısında reytinqə görə 13-cü olub. Təmsilçimiz yarışı isə üçüncü yerdə başa vurub.
Kənan Novruzov