Avstryada keçirilən "Vyana Open 2015” beynəlxalq şahmat festivalına yekun vurulub. 50 ölkədən 850 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov və Afiq İsrafilov təmsil ediblər. Festival A ,B, C və D turnirlərindən ibarət olub. Festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət oyun keçirilib. Sonda ümumi partiyaların yekununa görə Şəhriyar Məmmədyarov 3,5:2,5 hesabı ilə yarışın qalibi adını qazanıb.
İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürüb. Nərgiz Umudova isə 9 oyundan 5,5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimizdən Tofiq İsrafilov 6,5 xal toplayaraq 6-cı, Afiq İsrafilov isə 6 xalla 17-ci olub.