Cüdoçular İsmayıllıda

Cüdoçular İsmayıllıda

13 nömrəli IOUGIM-in cüdoçuları, həmçinin qadınlardan ibarət yığma komandamızın aparıcı üzvləri Kifayət Qasımova, Nuriyyə Axundova, Aişə Qurbanlı məşqçilər Ibadulla Şahbanov və Mehman Əzizovun rəhbərliyi ilə Ismayıllı rayonuna təlim-məşq toplanışında iştirak edirlər. 10 gün davam edəcək hazırlıq Cüdo Federasiyasının regional mərkəzində təşkil olunub. Məlumat üçün bildirək ki, təlim-məşqdə 40-a qədər cüdoçu iştirak edir. Məşqçilərin bildirdiyinə görə, ildə bir neçə dəfə təşkil olunan belə təlim-məşq toplanışları idmançılara xeyli təcrübə qazandırır.