Rusiyanın Xantı-Mansiysk şəhərində 20 yaşınadək gənclər arasında şahmat üzrə dünya çempionatı start götürüb. Yarışda ölkəmizlə yanaşı, Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Hindistan, Çin, Rumuniya, Ukrayna, Hollandiya, Braziliya, Polşa, İngiltərə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Serbiya, İtaliya, Ermənistan, Belçika, İsveçrə, Avstrya və Almaniyadan 110 şahmatçı (62 oğlan, 48 qız) qalib adı uğurunda mübarizə aparır. Azərbaycanı turnirdə Nicat Məmmədov, Ülvi Bacarani, Misrətdin İsgəndərov, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova və Aytən Əmrayeva təmsil edirlər. İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir.